Kanada yəhudi əsilli keçmiş baş prokurorun qətlinin QARŞISINI ALDIbackend

Kanada yəhudi əsilli keçmiş baş prokurorun qətlinin QARŞISINI ALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada yəhudi əsilli keçmiş baş prokuror Kotlerin qətlinin qarşısını alıb.

İnterpress.az xəbər verir ki, bu barədə Kanadanın “The Globe and Mail” qəzeti məlumat yayıb.

Kanada hakimiyyəti ölkənin keçmiş baş prokuroru və yəhudi əsilli ədliyyə naziri İrvin Kotlerin (2003-2006) qətlinə hazırlaşan İran xüsusi xidmət orqanlarının planının qarşısını alıb.

Öz mənbələrinə görə, Kanada Milli Polisi oktyabrın 26-da Kotlerə İran agentləri tərəfindən yaxın 48 saat ərzində ölüm təhlükəsi ilə üzləşdiyini bildirib.

Ötən həftə 84 yaşlı siyasətçiyə təhlükənin xeyli azaldığı bildirilib. Nəşrin mənbəsi sui-qəsddə şübhəli bilinən iki nəfər haqqında məlumat versə də, onların saxlanılıb-saxlanılmadığını və ya qaça bildiyini bildirməyib.

Kotler 2023-cü il oktyabrın 7-dən HƏMAS silahlılarının İsrailin cənubunu işğal etməsindən sonra polisin mühafizəsi altındadır.

Kanada kəşfiyyat agentlikləri onun İslam Respublikasına qarşı sərt mövqeyi və iranlı müxalifləri dəstəklədiyi üçün yüksək profilli İran hədəfi olduğuna inanır.

Eyni zamanda İran Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.

Xuraman Etibarlı

İnterpress.az