Özbəkistan hökuməti ölkənin yeni parlamentinin seçilməsi ilə əlaqədar istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Özbəkistan baş nazirinin mətbuat katibi bildirib. Baş nazir Aripovun rəhbərlik etdiyi Özbəkistan hökuməti ölkənin yeni parlamentinin seçilməsi ilə əlaqədar istefa verib.
Hazırkı hökumət Nazirlər Kabinetinin yeni tərkibi formalaşana qədər öz işini davam etdirəcək.
Oktyabrın 27-də Özbəkistanda parlament seçkiləri keçirilib. Ölkə konstitusiyasına əsasən, Ali Məclisə (parlament) deputatlar seçildikdən sonra hökumət yeni seçilmiş parlament qarşısında səlahiyyətlərini tərk edir. Bu, qanunverici orqanın yenilənməsindən sonra icra hakimiyyətinin yenidən fəaliyyətə başlamasına yönəlmiş standart prosedurdur.
Xuraman Etibarlı
İnterpress.az