Çin sakini uzun müddət hamilə olmayıb, daha sonra isə bir dəfəyə 9 uşağa hamilə qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, uzun müddət övladı olmayan Hou adlı 25 yaşlı qız uzun müddət hamilə qala bilməyib və kömək üçün həkimə müraciət edib.
Çoxlu nəticəsiz cəhdlərdən sonra həkim ona mayalanma həbləri qəbul etməyi məsləhət görüb. Oktyabrın sonunda Hou hamilə olduğunu bilib.
Hamilə qadın bir anda 9 uşaq gözlədiyini öyrənib.
Əvvəlcə ultrasəsdə üçəmlər aşkar edilib. Qız ana olmaq arzusunun gerçəkləşdiyinə sevinib. Sonra ultrasəsdə daha altı uşaq aşkarlanıb.
Xuraman Etibarlı
İnterpress.az