ABŞ, İspaniya, İtaliya və Yunanıstan Kiyevdəki səfirliklərini BAĞLADIbackend

ABŞ, İspaniya, İtaliya və Yunanıstan Kiyevdəki səfirliklərini BAĞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ, İspaniya, İtaliya və Yunanıstan Rusiyanın mümkün raket hücumuna görə Kiyevdəki səfirliklərini bağlayıb.

İnterpress.az xəbər verir ki, ABŞ, İspaniya, İtaliya və Yunanıstan Rusiyanın mümkün raket hücumuna görə Kiyevdəki səfirliklərini bağladıqlarını elan ediblər.

Bundan əvvəl Amerika səfirliyi bütün Ukrayna ərazisində mümkün raket zərbəsi ilə əlaqədar diplomatlara mümkün “təhlükəsizlik təhdidləri” barədə məlumat aldığını bildirmişdi.

Daha sonra İspaniya, İtaliya və Yunanıstan səfirlikləri də öz missiyalarını bağladıqlarını elan etdilər.

Kreml mümkün zərbə ilə bağlı şərh verməkdən imtina edib.

Dmitri Peskovun sözlərinə görə, “məsələ SVO-nun inkişafı ilə bağlıdır” və Rusiya Müdafiə Nazirliyinin səlahiyyətindədir.

Xuraman Etibarlı

İnterpress.az