Almaniya Rusiyanın NATO ölkələrinə müdaxiləsi halında müdafiə planı hazırlayır.
İnterpress.az xəbər verir ki, bu barədə “Frankfurter Allgemeine Zeitung” (FAZ) öz məlumatlarına və Hamburq regional komandanlığının rəhbəri, polkovnik-leytenant Yorn Plişkenin bəyanatına istinadən məlumat yayıb.
“Almaniya əməliyyatı” sənədində Almaniyanın şərqə daşınması lazım olan yüz minlərlə əsgər, eləcə də hərbi texnika, ərzaq və dərman üçün tranzit məntəqəyə çevrilməsi nəzərdə tutulur.
Xuraman Etibarlı
İnterpress.az