Türkiyənin 18 vilayətində 54 nəfər İŞİD-lə əlaqədə şübhəli bilinərək saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
Onun sözlərinə görə, onlardan 20 nəfəri artıq həbs edilib, qalan 11 nəfər barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb;
Türkiyəli nazir qeyd edib ki, onlar təşkilata üzvlük və yardımda, həmçinin sosial şəbəkələrdə İŞİD-in təbliğatında şübhəli bilinirlər.
Xuraman Etibarlı
İnterpress.az