FTX islamçı təşkilatın üzvlərini saxlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilir ki, hazırda işğalda olan Ukraynanın Donetsk şəhərində FTX və DİN əməkdaşları terror təşkilatının tərəfdarlarını saxlayıblar.
Qeyd olunur ki, dörd əcnəbi qanunsuz olaraq Rusiya ərazisində olub.
Onlar buraya “radikal İslamı təbliğ etmək üçün” gəliblər. Məhkəmənin qərarı ilə onlar Rusiya Federasiyasından zorla çıxarılıblar.
Xuraman Etibarlı
İnterpress.az