İraq regionda uduzan ölkədir.
İnterpress.az xəbər verir ki, bunu İraq Kürdüstanının keçmiş prezidenti Məsud Bərzani “Sky News Arabia” telekanalına eksklüziv müsahibəsində deyib.
Bərzani bildirib ki, İraq regionda hazırkı döyüşlərdə iştirak edərək, əsas uduzan və zərər çəkən tərəfdir. O, regionda müharibənin “faydasız” olduğunu vurğulayıb və bütün tərəfləri sülh yolu ilə həll yollarını tapmağa çağırıb.
O, ABŞ-nin yeni seçilmiş prezidenti Trampın region üçün sülh yolu ilə həll yolları üzərində işləyəcəyinə ümid etdiyini bildirib. Eyni zamanda xəbərdarlıq edib ki, bu, uğursuz olarsa, vəziyyət ekstremizmin artmasına səbəb ola bilər.
Qonşu Türkiyə və İranla münasibətlərə gəlincə, Bərzani bu ölkələrlə münasibətlərin normallaşdırılmasının vacibliyini qeyd edərək, İraq Kürdüstanının münasibətlərin gərginləşməsində maraqlı olmadığını vurğulayıb.
Xuraman Etibarlı
İnterpress.az