Gürcüstanda 19-cu əsrdə gürcü xalqının Rusiya imperiyası ilə mübarizəsi ilə bağlı imtahan sualları çıxarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.
Gürcüstanda 19-cu əsrin birinci yarısında Rusiya imperiyasına qarşı üsyanlar – Çar Rusiyası tərəfindən gürcü dövlətçiliyinin ləğvinə cavab olan əsas hadisələrlə bağlı suallar məktəb tarixi imtahanlarından çıxarılıb.
Bundan əlavə, gürcü şairlərinin bir neçə əsəri də dil və ədəbiyyat proqramından çıxarılıb.
Gürcüstan prezidenti Zurabişvili əmindir ki, dəyişikliklər milli vətənpərvərlik ideyalarını sıxışdırmağa yönəlmiş dövlət siyasətinin təzahürüdür.
Təhsil Nazirliyi bildirib ki, imtahan testləri indi yalnız icbari məktəb kurikulumunu əhatə edir və “abituriyentlərin maraqlarına xidmət edir”.
Xuraman Etibarlı
İnterpress.az