Ermənistan MN erməni ordusunun Cermukdakı mövqelərini tərk etməsi ilə bağlı xəbərləri TƏKZİB ETDİbackend

Ermənistan MN erməni ordusunun Cermukdakı mövqelərini tərk etməsi ilə bağlı xəbərləri TƏKZİB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Müdafiə Nazirliyi erməni ordusunun Cermuk yaxınlığındakı mövqelərini tərk etməsi ilə bağlı xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan Ermənistan Silahlı Qüvvələrinin Cermuk yaxınlığındakı mövqelərini tərk etməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təkzib edib.

“Bu cəfəngiyyatdır, Ermənistan Silahlı Qüvvələri öz xidməti vəzifələrini tam yerinə yetirməkdə davam edir.

Müdafiə Nazirliyi cəbhə xətti ilə bağlı ictimaiyyəti məlumatlandırır, ona görə də biz sizi belə yalan xəbərləri yaymamağa çağırırıq”, – Torosyan bildirib.

Xuraman Etibarlı

İnterpress.az