Türkiyə saxta dollarla barədə yayılan xəbərlərlə bağlı araşdırmalara başlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İstanbul Baş Prokurorluğu ölkədə külli miqdarda saxta dollarla bağlı yayılan xəbərlərlə əlaqədar araşdırmalara başlayıb.
Bir gün bildirilib ki, bazarda çoxlu sayda saxta pul olduğuna görə Ankara valyutadəyişmə məntəqələrində köhnə 50 və 100 dollarlıq əskinaslar qəbul edilmir.
Rusiyanın Tur Operatorlar Assosiasiyası bildirib ki, rusiyalı turistlər xaricə getməzdən əvvəl yeni dollarlar alsınlar. Təkcə Türkiyədə deyil, məsələn, BƏƏ-də də “köhnə” dollarların dəyişdirilməsi ilə bağlı problem var.
Xuraman Etibarlı
İnterpress.az