Miqrantlar Rusiya dünyası üçün təhlükə yaradır.
İnterpress.az xəbər verir ki, bunu bütün pravoslavların patriarxı Kirill deyib.
Pravoslav patriarxı Kirill hakimiyyətdən Rusiya xalqının mahiyyətcə miqrantlarla əvəzlənməsinə, “radikal islamçılıq və ekstremizm ideyasını” təbliğ edən vəhhabi radikallarına diqqət yetirməyi xahiş edib.
Patriarx həmçinin onun miqrasiya siyasətini sərtləşdirməyə yönəlmiş əvvəlki çıxışının müsəlman cəmiyyəti tərəfindən düşmənçiliklə qarşılanmasından şikayətlənib.
Onun sözlərinə görə, belə reaksiya onu çox əsəbləşdirib, çünki söhbət Rusiyanın və rus xalqının gələcəyindən gedir.
Xuraman Etibarlı
İnterpress.az