Dələduzluqda adı hallanan nazir İSTEFA VERDİ – FOTObackend

Dələduzluqda adı hallanan nazir İSTEFA VERDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın nəqliyyat naziri istefa verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Bildirilir ki, Böyük Britaniyanın nəqliyyat naziri Luiza Heyq dələduzluq ittihamı ilə bağlı qalmaqaldan sonra istefa verib.

Hadisə 2013-cü ildə baş verib. Heyq oğurluq hadisəsi barədə polisə məlumat verərək, oğurlanan əşyalar arasında onun iş telefonunun olduğunu deyib. Lakin cihazın əskik olmadığı üzə çıxıb və iddianın yalan olduğu üzə çıxıb. Mənbələrin bildirdiyinə görə, Hayq bu yolla daha müasir telefon modeli əldə etmək istəyib.

Xuraman Etibarlı

İnterpress.az