Gürcüstan parlamentinin binasında yanğın və tüstü görünür.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, Gürcüstan parlamentinin binasında yanğın və tüstü görünür.
İlkin məlumata görə, videokameralara gedən elektrik kabeli yanır.
Qeyd edək ki, Tbilisidə Gürcüstan parlamentinin binası yaxınlığında növbəti nümayiş keçirilir
Etiraza hakimiyyətin ölkənin Aİ-yə daxil olması ilə bağlı danışıqları dayandırmaq qərarı səbəb olub. Nümayişçilər Rustaveli prospektini bağlayıb və parlamentin girişindəki dəmir bəndləri döyürlər.
Təhlükəsizlik qüvvələri etirazçıları sıxışdırmağa cəhd etdikdən sonra etirazçılar zibil qutularından barrikadalar quraraq onları yandırmağa başlayıblar.
Polisin səylərinə baxmayaraq, etirazçılar dağılışmır. Aksiyada yüzlərlə tələbə və fəal iştirak edir.
Xuraman Etibarlı
İnterpress.az