Ukrayna itirilmiş ərazilərini hərbi yolla geri qaytara bilməyəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski Yaponiyanın “Kyodo” agentliyinə müsahibəsində bildirib.
“Rusiya Federasiyası tərəfindən işğal edilmiş ölkənin bəzi hissələrini, o cümlədən Krımı zorla geri qaytarmaq çətindir. Ordumuzun buna gücü çatmır. Biz həqiqətən də diplomatik həll yolları tapmalıyıq”, – Zelenski deyib.
Eyni zamanda, o, bu cür addımların “yalnız Ukraynanın Rusiya Federasiyasının ona qarşı yeni təcavüzə başlaya bilməyəcəyi qədər güclü olduğunu bildiyi zaman” nəzərdən keçirilə biləcəyini vurğulayıb.
Bu kontekstdə Ukrayna lideri yenidən tərəfdaşların dəstəyinin “kafi olmadığını” qeyd edib və NATO-nu Kiyevi mümkün qədər tez üzvlük danışıqlarına dəvət etməyə çağırıb.
Xuraman Etibarlı
İnterpresşaz