Ermənistan Prokurorluğu parlamentin eks-spikerinin əmlakının müsadirə olunmasını TƏLƏB ETDİbackend

Ermənistan Prokurorluğu parlamentin eks-spikerinin əmlakının müsadirə olunmasını TƏLƏB ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ermənistan Prokurorluğu Ermənistan parlamentinin eks-spikerinin əmlakının müsadirə olunmasını tələb edib.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Prokurorluq “Orinat Yerkir” partiyasının sədri, Ermənistan parlamentininn keçmiş sədri Artur Baqdasaryan və onun ailə üzvlərinin əmlakına baxış keçirib.

Datalex məhkəmə-informasiya sisteminin saytında yerləşdirilən məlumata görə, prokurorluq Artur Bağdasaryan və onunla əlaqəli olan Anna və Vahan Bağdasaryanlara qarşı Korrupsiyaya Qarşı Mübarizə üzrə Mülki Məhkəməyə iddia qaldıraraq qanunsuz mənşəli əmlakın müsadirə olunmasını tələb edib.

Prokurorluğun nə qədər əmlakın müsadirə edilməsini tələb etdiyi hələlik məlum deyil. İddia hakim Narine Avakyanın icraatına verilib.

Xuraman Etibarlı

İnterpress.az