İsrailin müdafiə naziri: Hizbullahın hücumlarına sərt cavab verəcəyikbackend

İsrailin müdafiə naziri: Hizbullahın hücumlarına sərt cavab verəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullahın hücumlarına sərt cavab verəcəyik.

İnterpress.az xəbər verir ki, bunu İsrail Müdafiə Nazirliyinin rəhbəri Katz X hesabında yazıb.

“Biz Hizbullah tərəfindən atəşkəsin istənilən pozulmasına qarşı hərəkətə keçəcəyimizə söz vermişik və bunu da edəcəyik. Hizbullahın Dov dağında İsrail ordusunun postunu atəşə tutması sərt reaksiya ilə qarşılanacaq. Əvvəllər baş verənlər olmayacaq”, – o qeyd edib.

Bu gün səhər saatlarında İsrail ordusunun mətbuat xidməti Hizbullahın İsrailin şimalı (Dov dağı) istiqamətində iki raket atdığını bildirib. Daha sonra təşkilat atışmaya görə məsuliyyəti öz üzərinə götürüb.

Xuraman Etibarlı

İnterpress.az