Tramp Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını, Trudeau isə onun qubernatoru olmasını təklif edib.
İnterpress.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb. Tramp Baş nazir Trüdo ilə görüşdə deyib ki, Kanada miqrasiya axınları və ticarət kəsirləri ilə mübarizə apara bilmirsə, o zaman onun Amerikanın 51-ci ştatı, Trüdo isə sadəcə qubernator olması daha yaxşı ola bilər.
Nəşr qeyd edir ki, buna cavab olaraq Kanada tərəfinin nümayəndələri “əsəbi halda gülüblər”.
Xuraman Etibarlı
İnterpress.az