Ermənistanın birdən-birə Qərbə, Gürcüstanın isə Qərbdən qaçması ümumiyyətlə gülüncdür.
İnterpress.az xəbər verir ki, bunu Qazaxıstanlı politoloq Daniyar Aşımbayev:öz sosial şəbəkə hesabında yazıb.
“Əslində, Ermənistanın birdən-birə Qərbə, Gürcüstanın isə Qərbdən qaçması ümumiyyətlə gülüncdür. Yeganə məntiqli izahat budur ki, MKİ-də kimsə büdcə proqramlarını qarışdırıb”, – Aşımbayev bildirib.
Daha sonra o əlavə edib: “Dünya “Matritsa”dakı səhv idarəçilikdən və nasazlıqlardan əziyyət çəkir”.
Xuraman Etibarlı
İnterpress. az