Dələduzlar professorun 1 milyon dolarını ələ keçirib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Ankara Orta Doğu Texniki Universitetinin (ODTÜ) təqaüdçü professoru Nihad Peynircioğlu özünü MİT kəşfiyyatının üzvü kimi təqdim edən fırıldaqçılar tərəfindən 35 milyon lirə (1 milyon dollar) qarət edilib.
Özlərini MİT-çi kimi təqdim edən qrup professorun bank hesablarından terrorla bağlı köçürmələr olduğunu iddia edərək, ondan bütün var-dövlətini təhvil verməsini tələb ediblər.
Professorun şikayəti üzərinə başladılan əməliyyatla 10 şübhəli tutulub.
Xuraman Etibarlı
İnterpress.az