Kanada Gürcüstanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyalar tətbiq edib.
İnterpress.az xəbər verir ki,bBunu Kanadanın xarici işlər naziri Melani Coli Baltikyanı ölkələr və Kanadanın xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
Mətbuat konfransında Melani Coliyə Gürcüstanda baş verən hadisələrlə bağlı sual verilib: “Rusiya hadisələri növbəti “Maydan” kimi dəyərləndirməyə çalışır. Sizcə, Aİ, onun müttəfiqləri, ABŞ və Kanada buna necə cavab verməlidir?”
“Qoy AB üzvləri özləri cavab versinlər. Deyə biləcəyim odur ki, Kanada gürcü xalqı ilə həmrəydir və biz Rusiyanın Gürcüstanda nə etməyə çalışmasından çox narahatıq. Buna görə də, biz eyni addımı atacağıq və sanksiya rejimimiz əsasında əsas şəxslərə, habelə biznes təşkilatlarına, insan hüquqlarının pozulması və ya korrupsiya ilə məşğul olan qurumlara qarşı sanksiyalar tətbiq edəcəyik.
– Melanie Coli bildirib.
Xuraman Etibarlı
İnterpress.az