Ermənilər dünyaya sübut etməlidirlər ki, ölü xalq deyillər.
İnterpress.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib. O bildirib ki, onun fikrincə, dünya erməniləri “ömüş xalq” kimi qəbul edir.
“Dünya bizi ölmüş millət kimi qəbul edir. Biz dünyaya göstərməliyik ki, biz ölü millət olmaq istəmirik”, – Paşinyan vurğulayıb.
O, əmindir ki, mövcud vəziyyəti dəyişmək lazımdır.
“Ümumiyyətlə, dünyaya çatdırmaq istədiyimiz mesaj belədir: biz hökumətimizin ən mühüm missiyasını ölmüş millət statusunu aşmaq hesab edirik. Deməliyəm ki, bizim reallıqda bu gündəm yeni deyil. Üstəlik, necə formalaşmasından asılı olmayaraq”, – baş nazir qeyd edib.
Xuraman Etibarlı
İnterpress.az