Moskvada tələbə evindən qaçırılaraq zorla hərbi komissarlığa aparılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb. Bildirilir ki, 22 yaşlı Artur Novik polis və təhlükəsizlik qüvvələri tərəfindən öz mənzilindən çıxarılıb.
Əvvəlcə girişdə işığı söndürüblər. Oğlan nə baş verdiyini bilmək üçün çölə çıxanda onu tutub polis bölməsinə aparıblar.
Qohumlarının Arturla görüşməsinə icazə verilmir. Oğlan məcburi şəkildə tibbi müayinədən keçib və Uqreşskayadakı səfərbərlik məntəqəsinə göndərilib.
Xuraman Etibarlı
İnterpress.az