2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülənlərdən birinin cənazəsi İsrailə qaytarılıb.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidmətinin bəyanatında deyilir.
İsrail ordusu ilə Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) birgə keçirdiyi əməliyyat zamanı 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən əsir götürülənlərdən İtay Svirskinin cənazəsi Qəzza zolağından İsrailə qaytarılıb.
Xuraman Etibarlı
İnterpress.az