O, baş nazir deyil, tiktokerdir.
İnterpress.az xəbər verir ki, bunu erməni jurnalistin Paşinyan barədə sualına cavab olaraq prodüser Ruben Mxitaryan deyib.
“Nikol Paşinyan və Anna Akopyan bütün günü internetdə keçirirlər. Onlar videolar hazırlayır, postlar yaradır, baxışları sayır və bundan həzz alırlar. Deyəsən, onlar yalnız virtual reytinqlərini, bəyənilərini düşünürlər və yüksək bal xatirinə hər şeyə hazırdırlar. Məsələn, bazar günü baş nazir arvadının dolma hazırladığını lentə aldı, sonra onlar Paracanovun “Narların rəngi” filminə baxdılar və Sayat-Novanın mahnılarına qulaq asaraq bütün ailə ilə qəhvə içdilər. Prodüser Ruben Mxitaryandan ölkənin birinci adamının biznesini tərk edərək bloqçuluqla məşğul olmasına necə münasibət bəsləyir və prodüserin özü internetdə aktivdirmi?”, – erməni jurnalist Mxitaryana sual verib.
Mxitaryan deyib: “Beş ildir internetdəyəm. Böyük auditoriyam var. Mən buna pul xərcləmirəm. Mənim məzmunum reklam olunmur, baxmaq istəsələr baxırlar, istəməsələr bloklayırlar. Amma mən tiktoker haqqında şərh vermirəm. Və o, tiktokerdir”.
Jurnalist “Amma o, tiktoker deyil, baş nazirdir” deyib.
“Tiktokerdir. Mən tiktokerlər barədə şərh vermirəm”, – prodüser təkrar edib.
“Siyasətçilərin internetdə çox aktiv olması normaldırmı” sualına isə o belə cavab verib:
“Siyasətçilər aktivdirsə, mən bunu normal hesab edirəm, amma tiktokerlər siyasətlə məşğuldursa, mən bunu şərh etmirəm”.
Xuraman Etibarlı
İnterpress.az