İsrail ordusu Suriyaya hücum ehtimalını istisna etmir.
İnterpress.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin bəyanatında deyilir.
“İsrail ordusu hadisələri izləyir və həm müdafiə, həm də hücum üçün bütün ssenarilərə hazırdır. İsrail ordusu Suriya-İsrail sərhədi yaxınlığında heç bir təhlükəyə dözməyəcək və İsrail dövlətinin vətəndaşlarına qarşı hər hansı təhlükənin qarşısını almaq üçün hərəkətə keçəcək”, – bəyanatda bildirilir.
Xuraman Etibarlı
İnterpress.az