Qəzza zolağında Həmas “cəlladı” məhv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
İsrail Hərbi Hava Qüvvələrinin Qəzza zolağının cənubundakı Xan Yunis bölgəsindəki humanitar zonada hədəfə aldığı aviazərbələr nəticəsində HƏMAS silahlıları məhv edilib.
Onların arasında təşkilatın daxili təhlükəsizlik qüvvələrinin yüksək rütbəli üzvü Usamə Qənim də var idi. O, Qəzza zolağında HƏMAS-a qarşı təhdidlərin müəyyən edilməsinə cavabdeh idi.
Qənim sektorda təşkilata qarşı çıxan mülki şəxsləri təqib edir və vəhşicəsinə işgəncə verirdi.
Xuraman Etibarlı
İnterpress.az