Gürcüstan parlamentində elan edilən qırmızı təhlükəsizlik səviyyəsi ləğv edilib.
İnterpress.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb. Bildirilir ki, noyabrın 29-da Gürcüstan parlamentində elan edilən qırmızı təhlükəsizlik səviyyəsi ləğv edilib.
Bu gündən etibarən sarı təhlükəsizlik səviyyəsi aktivləşdirilir. Bu o deməkdir ki, deputatların və əməkdaşların təhlükəsizliyini qorumaq üçün binaya giriş məhdudlaşdırılacaq.
Xuraman Etibarlı
İnterpress.az