Çin polisi küçələrdə patrulluq etmək üçün yeni robot sistemdən istifadə edir.
İnterpress.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Bildirilir ki, Çin polisi küçələrdə patrulluq etmək üçün “top polislərdən” istifadə etməyə başlayıb.
Robotlar süni intellekt texnologiyasının köməyi ilə 35 km/saat sürətlə hərəkət edə, maneələri dəf edə, zərbələrə tab gətirə və cinayətkarları təqib edə bilir.
Xuraman Etibarlı
İnterpress.az