Qırğızıstanda keçmiş baş prokuror hakimiyyəti ələ keçirmək cəhdi ilə bağlı həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə qırğız mediası məlumat yayıb. Bildirilir ki, Qırğızıstanda Daxili Təhlükəsizlik və Daxili Təhqiqatlar Departamentinin keçmiş baş prokuroru hakimiyyəti ələ keçirmək cəhdi ilə bağlı həbs edilib.
Noyabrın 12-də bu işlə bağlı Qırğızıstanın Daxili İşlər Nazirliyi respublikada kütləvi iğtişaşlar törətmək, sabitliyi pozmaq və hakimiyyəti zorla ələ keçirmək niyyətində olan keçmiş baş prokuror müavininin rəhbərlik etdiyi 6 nəfərdən ibarət qrupun saxlanıldığını elan edib.
Xuraman Etibarlı
İnterpress.az