Türkiyənin 5 vilayətində İŞİD-lə əlaqədə şübhəli bilinən 47 nəfər saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya məlumat verib.
O qeyd edib ki, əməliyyat zamanı sənədsiz silah-sursat, həmçinin çoxlu sayda təşkilati sənədlər və rəqəmsal materiallar götürülüb.
Xuraman Etibarlı
İnterpress.az