Tiktoklar və video çarxlar üzündən beynimiz çürüyür.
İnterpress.az xəbər verir ki, alimlər araşdırmalardan sonra bu nəticəyə gəliblər.
Sürətli məzmunu daim izləmək beynin “Habenula” hissəsini aktivləşdirir, bu da motivasiyamızı söndürür.
Bundan əlavə, habenula səbəbiylə çarxlar və tiktoklar arasında sürüşməyi dayandırmaq bizim üçün çox çətindir.- sözün əsl mənasında imtina etmək ağır olur.
Ən pisi odur ki, bu əyləncə yaddaşımızı öldürür. Çox güman ki, yatmazdan əvvəl baxdığınız videoları xatırlamayacaqsınız.
Xuraman Etibarlı
İnterpress.az