ABŞ-də miqrant Nyu York metrosunda amerikalı qadını diri-diri yandırıb.
İnterporess.az xəbər verir ki, bu barədə Nyu York polisi məlumat yayıb.
Bildirilir ki, Qvatemaladan olan miqrant Nyu York metrosunda amerikalı qadını diri-diri yandırıb.
Polis komissarı Cessika Tiş bildirib ki, hücum səhər saat 7:30-da qatar stansiyaya girərkən baş verib. Bu zaman kişi vaqonda yatan qadına yaxınlaşaraq alışqanla paltarını yandırıb.
Tiş hadisəni “insanların edə biləcəyi ən azğın cinayətlərdən biri” adlandırıb.
Bir neçə saatdan sonra şübhəli Manhettendə saxlanılıb. Onun motivləri naməlum olaraq qalır.
Xuraman Etibarlı
İnterporess.az