Bakı Apellyasiya Məhkəməsi REAL Hərəkatının lideri, həbsdə olan İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən deputatlığa namizədliyinin qeydiyyatının ləğvi ilə bağlı şikayətini təmin etməyib. Bu barədə Turan-a İ.Məmmədovun səlahiyyətli nümayəndəsi, REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, müdafiə tərəfi qərardan Ali Məhkəməyə şikayət edəcək.
N.Cəfərli bildirib ki, dairə seçki komissiyası ilkin olaraq İ.Məmmədovun deputatlığa namizədliyini təsdiqləyib və qeydiyyat üçün seçici imzasının toplanmasından ötrü imza vərəqələri verib. Lakin MSK müdaxilə edərək aprelin 29-da Şəki Apellyasiya Məhkəməsinin İ.Məmmədovun şikayətini təmin etmədiyini və beləliklə də onun barəsində hökmün qüvvəyə mindiyini əsas gətirdikdən sonra DSK İ.Məmmədovun namizədliyinin təsdiq edilməsi barədə qərarı ləğv edib.
N.Cəfərli hesab edir ki, DSK-nın qərarı qanunsuzdur, çünki Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovun həbsinin qanunsuz olduğunu və Avropa konvensiyasının 18-ci maddəsi üzrə hüquqlarının pozulduğunu, yəni onun siyasi motivlərlə təqib olunduğunu təsdiqləyən qərarı var. AİHM İ.Məmmədovun dərhal azadlığa buraxılmasını tələb edib və onun qərarı Azərbaycanda məcburi qüvvəyə malikdir. Odur ki, İ.Məmmədovun seçkilərdə iştirak etmək hüququ var.
Xatırladaq ki, İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş iğtişaşların təşkilində ittiham olunaraq 7 il azadlıqdan məhrum edilib.
Onu da qeyd edək ki, 90 saylı seçki dairəsində təkrar seçkilər noyabr seçkiləri zamanı səsvermənin nəticələrinin ləğvi ilə əlaqədar keçirili
İnterpress.az