İordan çayının qərb sahilində axtarışda olan 73 nəfər həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Son bir həftə ərzində İsrail ordusu İordan çayının qərb sahilində reydlər həyata keçirib və həmçinin iki günlük antiterror əməliyyatını başa çatdırıb.
Nəticədə axtarışda olan 73 nəfər tutulub, bir neçə yaraqlı isə məhv edilib.
Bundan başqa, silah-sursat, hərbi texnika və qruplaşmalar üçün nəzərdə tutulan vəsait də müsadirə edilib.
Xuraman Etibarlı
İnterpress.az