Türkiyəli iş adamının 1 milyon dollar dəyərində qızıl-zinət əşyalarını oğurlayan iki nəfər tutulub.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb. Bildirilir ki, türkiyəli iş adamı, “Bodrumspor”un prezidenti Fikrət Öztürkün İstanbulun Üsküdardakı evindən 1 milyon dollar dəyərində qızıl-zinət əşyaları oğurlayan iki nəfər tutulub.
Xatırladaq ki, yanvarın 1-də Fikrət Öztürkün İstanbulun Üsküdar şəhərindəki evinə girən oğrular 1 milyon lirə, həmçinin 10 min dollar və 2 min avro dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.
Xuraman Etibarlı
İnterpress.az