Dəniz dibində çirklənməni öyrənmək üçün suya enən işçilər təsadüfən qədim xəzinə aşkarlayıb. Gəmi qalıntılarına rast gələn dalğıclar ətrafı diqqətlə araşdırıb. Nəticədə isə qədim sikkələr və bürünc heykəllər tapılıb.
Tarixçilər tapıntıların 600 il tarixi olduğunu iddia edir. Onların sözlərinə görə Roma imperatorluğuna məxsus gəmi İtaliyaya kurs götürüb. Lakin naməlum səbəblər üzündən indiki İsrail yaxınlığında suyun dibinə gedib. Gəminin ilkin ehtimallara görə ticarət gəmisi olduğu deyilir.