Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Bu il ərzində Azərbaycandan bir nəfərin də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getmədiyini deyən Komitə sədri bildirib ki, əvvələr İŞİD silahlı biləşmələrinə qoşulanlardan peşman olub qayıdanlar var: \”Çox təəssüf ki, bəziləri İŞİD-ə qoşulduqdan sonra çox böyük fəlakətlə üzləşiblər, hətta həlak olanlar da olub. Amma son zamanlar, yəni bu il ərzində dəqiq deyə bilərəm ki, Azərbaycandan bir nəfər də qeyri-qanuni silahlı birləşmələrə qoşulmaq üçün ölkədən kənara getməyib\”.
M.Qurbanlı qeyri-qanuni silahlı birləşmələrə qoşulan ölkələr arasında Azərbaycanın adının hallanmadığını bildirib: \”İŞİD-ə qoşulanların siyahısında demək olar ki, azərbaycanlıların sayı hallanmır. Çünki bizim ölkədən o qanunsuz silahlı birləşmələrə qoşulanların sayı çox cüzi olur.
Əsas böyük ölkələrin adı həmin siyahıda hallanır\”.(report)
İnterpress.az