Prezident Yardımlıya və Qazaxa icra başçısı təyin etdibackend

Prezident Yardımlıya və Qazaxa icra başçısı təyin etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sərəncama əsasən Qazaxın icra başçısı Ayaz Əsgərov vəzifəsindən azad olunub. Prezidentin digər sərəncamı ilə o, Yardımlı İcra Hakimiyyətinə rəhbər təyin olunub.

Ayaz Əsgərov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin keçmiş sədri, Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşıdır.

Xatırladaq ki, mart ayında ölkə başçısı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovu vəzifəsindən azad edərək Salyan rayonuna icra başçısı təyin etmişdi.

Prezidentin digər sərəncamı ilə Rəcəb Abas oğlu Babaşov Qazax Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Qeyd edək ki, Rəcəb Babaşov Vergilər Nazirliyi Yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəis müavini vəzifəsində çalışıb.

Prezident Yardımlıya və Qazaxa icra başçısı təyin etdi