Türkiyənin İŞİD terrorçu qruplaşmasına yardım etməsini kimsə sübut edərsə istefa verəcəyini açıqlayan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluna Rusiyadan cavab gəlib.
Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova, bu terrorçu qruplaşma ilə hansısa əlaqələr ortaya çıxarsa istefa etmək yox, həbs getməyinin lazım olduğunu vurğulayıb.
Rəsmi facebook səhifəsində fikirlərini bölüşən Zaxarova bunları qeyd edib: \”Bu açıqlamanı Rusiyaya məxsus təyyarə düşəndə etməli idiniz. İŞİD ilə hansısa əlaqəniz sübut olunarsa həbs olunmalısınız, nəinki istefa vermək\”.
Qeyd edək ki, Rusiya xarici işlər naziri Sergey Lavrov da Avstriyanın paytaxtı Vyanda verdiyi açıqlamada, Türkiyənin terrorçular üçün sərhəddə rahat şərait yaratdığını və bununla bağlı əllərində sübutlar olduğunu iddia etmişdi.(etaist)
İnterpress.az