Bullinqə məruz qalan 5-ci sinif şagirdi sinif yoldaşına bıçaqla HÜCUM ETDİ – VİDEObackend

Bullinqə məruz qalan 5-ci sinif şagirdi sinif yoldaşına bıçaqla HÜCUM ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bullinqə məruz qalan 5-ci sinif şagirdi sinif yoldaşına bıçaqla hücum edib. O, artıq çəkisinə görə sinif yoldaşları tərəfindən daim təhqir olunurdu.

İnterpress.az Rusiya mediasın istinadla xəbər verir ki, Novı Urenqoydan olan 12 yaşlı Timofey aprelin 7-də məktəbə bıçaqla gəlib.

O, dəhlizdə bir neçə şagirdlə mübahisə edib. Bəzi uşaqlar onu daim kök adlandırırdılar.

Mübahisədən sonra oğlan məktəbdən çıxmaq istəsə də, sinif yoldaşlarından bir qız qapıda dayanıb. Sonra Timofey bıçağı çıxararaq onu bıçaqlayıb. Xoşbəxtlikdən o, qızın qış gödəkçəsindən girə bilməyib.

Bu zaman asayiş keşikçisi Timofeyi saxlamağa çalışsa da, o, onun boynuna bıçaq xəsarəti yetirib. Lakin mühafizəçi oğlanı dayandıra bilib, bundan sonra o, həyəcan düyməsini basıb.

Daha sonra məktəblini gələn təhlükəsizlik qüvvələrinə təhvil verib.

Dindirmə zamanı Timofey artıq çəkisinə görə məktəbdə daim təzyiqə məruz qaldığını bildirib.

İndi oğlan psixi sağlamlıq klinikasına göndərilib. Öz növbəsində müstəntiqlər maddələri ilə iki cinayət işi açıblar – Səhlənkarlıq və təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi.

Xuraman Etibarlı

İnterpress.az