Belçikanın yeni baş naziri Ukraynaya hər il 1 milyard avro AYIRACAQ – VİDEObackend

Belçikanın yeni baş naziri Ukraynaya hər il 1 milyard avro AYIRACAQ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın yeni baş naziri Ukraynaya hər il 1 milyard avro ayıracağını və ilk F-16-ları 2025-ci ildə təhvil verəcəyini vəd edib.

İnterpress.az xəbər verir ki, Belçikanın baş naziri Bart de Vever vəzifəsində ilk beynəlxalq səfəri zamanı Buçaya baş çəkib.

O, Rusiyanı təcavüzkar adlandırıb və Ukraynaya davamlı dəstəyini bəyan edib.

Belçika 2025-ci ilə qədər Ukraynanın müdafiəsi üçün hər il 1 milyard avro ayıracaq və artıq birgə silah istehsalı üçün 4 müqavilə imzalayıb.

Müqaviləyə əsasən, ölkə Ukrayna Silahlı Qüvvələrinə F-16-ların ən böyük tədarükçüsü olacaq. İlk F-16-lar bu il gələcək.

Xuraman Etibarlı

İnterpress.az