Çelyabinskdə silahlı şəxs məktəbə basqın edib.
İntertpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Məlumata görə, Çelyabinskdə silahlı şəxs məktəbə basqın edib
Hadisə şahidlərinin sözlərinə görə, onun yanında bıçaq olub.
Hadisə bu gün səhər saatlarında Novosineqlazovo mikrorayonunda baş verib. Naməlum şəxs 145 saylı məktəbin dəhlizinə soxulmağa müvəffəq olub.
Xoşbəxtlikdən o, heç kimə zərər vura bilməyib.
Adamı mühafizəçi və idman zalı müəllimi saxlayıb. Rusiya Milli Qvardiyası gələnə qədər onlar qeyri-adekvat şəxsi saxlayıblar.
Xuraman Etibarlı
İntertpress.az