TikToker özbəkləri təhqir etdiyi üçün həbs edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Daşkənd vilayətinin Daxili İşlər Baş İdarəsinin rəisinin mətbuat katibi Bobur Tulaqanov məlumat verib.
Sosial şəbəkələrdə Abdullah kimi tanınan TikTok istifadəçisi Valeri Yuqay həbs edilib.
Məlum olub ki, o, 2024-cü ilin oktyabr-noyabr aylarında Cənubi Koreyada olarkən sosial şəbəkələrdəki səhifələrində Özbəkistan Respublikasının vətəndaşları haqqında etnik nifrət doğuran, milli ləyaqəti təhqir edən, vətəndaşlar arasında dini inanclarına görə ayrı-seçkilik yarada bilən sözlər, bir sıra təhqiramiz ifadələr işlədib.
TikToker bu il martın 25-də Əbu-Dabi-Səmərqənd reysi ilə Özbəkistana gətirilib və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən prosessual qaydada saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb.
Onun barəsində həbs qətimkan tədbiri seçilib, hazırda araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az