Şimali Koreya ən böyük döyüş gəmisini İNŞA EDİR – FOTObackend

Şimali Koreya ən böyük döyüş gəmisini İNŞA EDİR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş döyüş gəmisini inşa edir.

İnterpress.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, Şimali Koreya öz tarixində ən böyük və texnoloji cəhətdən ən inkişaf etmiş döyüş gəmisini tikir.

Peyk görüntüləri gəminin Pxenyandan təxminən 60 kilometr aralıda yerləşən Nampodakı gəmiqayırma zavodunda tikildiyini göstərir.

Analitiklərin fikrincə, söhbət hipersəs ballistik raketlərlə təchiz oluna bilən idarə olunan raket silahlarına malik freqatdan gedir.

Gəminin uzunluğu təxminən 140 metrdir ki, bu da Şimali Koreyada indiyə qədər inşa edilmiş ən böyük döyüş gəmisidir.

Friqatın tikintisinin görüntüləri artıq 2023-cü ilin sonunda Şimali Koreya televiziyasının reportajlarında peyda olmuşdu.

Analitiklər gəminin müasir avadanlıq, o cümlədən mərhələli radarlar və müxtəlif növ raketlər üçün şaquli buraxılış qurğuları ala biləcəyinə inanırlar.

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DİA) 2021-ci il məlumatına görə, Şimali Koreya donanmasında 400-ə yaxın döyüş qayığı və 70 sualtı qayıq var.

Xuraman Etibarlı

İnterpress.az