Nahara dəyişik bir dad – Qaymaqlı çuğundur şorbasıbackend

Nahara dəyişik bir dad – Qaymaqlı çuğundur şorbası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:

½ ədəd bolqar bibəri
1 ədəd dəfnə yarpağı
½ ədəd baş soğan
3 ədəd çuğundur
2 diş sarımsaq
100 qr qaymaq
20 ml bitki yağı
1 ç.q. rozmarin
1 ç.q. pul bibər
2 st. su
Duz, istiot

Hazırlanması:

Çuğundur təmizlənib, suda bişirilir. Soğan, sarımsaq, bibər xırda doğranıb yağda qızardılır. Üzərinə xırda doğranmış çuğundur, dəfnə yarpağı, rozmarin əlavə edilir, pul bibər, duz və istiot səpilib qovrulur.
Qovrulan ərzaqların üzərinə su tökülüb qaynadılır. Hazır şorba blenderdən keçirilir. Üzərinə qaymaq tökülüb servis edilir.

İnterpress.az