Bakıda leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQbackend

Bakıda leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam, 24-də gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə İnterpress.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.