Yaşlanmanın qarşısını alan – Qıtıqotubackend

Yaşlanmanın qarşısını alan – Qıtıqotu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Metabolizmin dərəcəsini stimullaşdırır, böyrəklərin işini nizamlayır və bədənin müqavimətini artırır. O, limon və portağaldan daha çox C vitamini ilə zəngindir və fitonsidlərə görə soğan və sarımsaqdan sonra birinci yerdədir.
Hissləri kəskinləşdirir

Sürtkəcdən keçirilmiş qıtıqotu kökü öz xarakterik dadı ilə bir çox yeməklər üçün inqrediyentdir, o, həmçinin, ət və ya isti ya da soyuq balıqla qarnir kimi qaymaq və limonla süfrəyə verilir.

Təravəti qoruyur

Təbii antibakterial xüsusiyyətlərinə görə – fitonsidlər- qıtıqotu cəlbedici keyfiyyətlərə malikdir. Onun yarpağına bükülmüş yağ, ət və ya balıq uzun müddət təzə qalır, çünki tərkibindəki fitonsidlər bakteriyanın inkişafına icazə vermir.

İndi isə keçək əsas məsələyə. Qıtıqotu ilə cavanlaşmaq mümkündür. Ondan hazırlanan maska üz dərisində, alında olan qırışları sürətlə yox edir.
30 qr rəndələnmiş qıtıqotu ,30 ml qaymaq və 1 ədəd yumurta ağını yaxşıca qarışdırıb 15 dəq. üz, alın hissələrinə çəkin (bir qədər gözünüz yaşaracaq, qorxmayın, sınaqdan keçirmişəm). Daha sonra üzünüzü nəm dəsmalla silib, ilıq su ilə yuyun. Həftədə 1 dəfə edilən bu maska dərini təravətli, elastik və pambıq kimi edir.

Yaşlanmanın qarşısını alan – Qıtıqotu

Yaşlanmanın qarşısını alan – Qıtıqotu

İnterpress.az