Hindistan bu ilin iyulunda “Akash” hava hücumundan müdafiə sistemlərinin ikinci partiyasını Ermənistana göndərəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Hindistanın Indian Aerospace Defence News (IADN) media resursu məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə Ermənistan Hindistanla təxminən 60 milyard rupi (710 milyon dollar) dəyərində 15 “Akash” raket kompleksinin alınmasına dair müqavilə imzalayıb və bu raket sistemini alan ilk xarici ölkə olub.
2024-cü ilin noyabrında Ermənistan KİV-i zenit-raket kompleksinin ilk batareyasının artıq Ermənistana yollandığını yazmışdı.
Xuraman Etibarlı
İnterpress.az