Tramp Putini kəskin TƏNQİD ETDİ: “Dəli olub” – FOTObackend

Tramp Putini kəskin TƏNQİD ETDİ: “Dəli olub” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Putin tamamilə ağlını itirib”.

İnterpress.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bazar günü Ukraynada 12 nəfərin ölümü ilə nəticələnən genişmiqyaslı hava hücumundan sonra Rusiya prezidenti Vladimir Putini sərt şəkildə tənqid edib.

Tramp daha əvvəl Putini qınamışdı və onun şərhləri İstanbulda sülh danışıqlarına başlamaq cəhdi fonunda səslənib.

Tramp Vaşinqtona uçan təyyarəyə minməzdən əvvəl hava limanında jurnalistlərə deyib:

“Mən Putinin gördüyü işdən razı deyiləm. O, çoxlu insanı öldürür və mən Putinlə nə baş verdiyini bilmirəm.

Onu çoxdan tanıyıram, həmişə onunla ünsiyyətdə olmuşam, lakin o, şəhərlərə raketlər göndərir və insanları öldürür və bu, heç xoşuma gəlmir”.

ABŞ prezidenti həmçinin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyi nəzərdən keçirdiyini bildirib.

Tramp Zelenskini də tənqid edərək deyib: “Onun dediyi hər şey problemdir və dayandırmaq daha yaxşıdır”.

Tramp özünün “Truth Social” sosial şəbəkəsində Putini tənqid etməyə davam edib.

Xuraman Etibarlı

İnterpress.az